Türkiyə Müdafiə Nazirliyi: Azərbaycan xalqının ağrısını bölüşürük
Ankara, 20 yanvar, AZƏRTAC
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar şəhidlərinin xatirəsini anıb.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin sosial media paylaşımında 1990-cı ilin yanvar ayında Bakıda və Azərbaycanın digər şəhərlərində baş verən hadisələr “insanlığa zidd hərəkət” adlandırılıb.
Paylaşımda deyilir: “1990-cı il yanvarın 20-də qardaş Azərbaycanda törədilən qeyri-insani əməllər tarixə Qara Yanvar hadisələri kimi daxil olub. Bu gün şəhidlərin xatirəsini ehtiramla yad edirik və Azərbaycan xalqının ağrısını səmimi-qəlbdən bölüşürük”.
Türkiyə Müdafiə Nazirliyi iki qardaş xalqın birliyini vurğulayır: “Tarix boyu çiyin-çiyinə - kədərdə də, sevincdə də “Bir millət, iki dövlət” kəlamının işığında birlikdə dayanmağa davam edirik. Unutmamışıq və unutdurmayacağıq!”
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:56]
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib
- 27.09.2026 [19:09]
XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb
- 27.09.2026 [18:46]
AQTA-nın kollektivi şəhidləri anıb
- 27.09.2026 [18:44]
Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
- 27.09.2026 [17:59]
ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib
- 27.09.2026 [17:58]