Türkiyə Prezidenti: Rusiya ilə Ukrayna arasında atəşkəs üçün səy göstərməyə davam edəcəyik
Nyu-York, 23 sentyabr, AZƏRTAC
Rusiya ilə Ukrayna arasında İstanbul prosesinə ev sahibliyi edirik.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə iki ölkə arasında birbaşa görüşlər sayəsində çoxsaylı əsir və nəşin mübadiləsinə vasitəçilik edib.
“Hazırda sülh müzakirələrinin variantlarını müəyyən etməyə çalışırıq. Müharibənin qazananı, ədalətli sülhün itirəni olmaz. Gələcək dönəmdə də atəşkəs üçün səy göstərməyə davam edəcəyik”, - deyə Ərdoğan qeyd edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:04]