Türkiyə Prezidenti və NATO-nun baş katibi Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Ankara, 6 oktyabr, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyədə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqi Ankarada qəbul edib.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi yayıb. Təxminən bir saat davam edən qəbulda Şərqi Aralıq dənizi, Suriya və Liviya məsələləri başda olmaqla regional proseslər müzakirə olunub.
Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti şərh edən Ərdoğan BMT Təhlükəsizlik Şurası və ATƏT-in qətnamələrinin Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərini dərhal, tamamilə və qeyd-şərtsiz tərk etməyə çağırdığını xatırladıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]