TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ BAŞ QƏRARGAHININ YENİ RƏİSİ TƏYİN OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri Türkiyə Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iyulun 31-də Prezident Əhməd Necdət Sezər ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə quru qoşunları komandanı, ordu generalı Yaşar Böyükanıtın təyin olunmasına dair Nazirlər Şurasının qərarını təsdiq etmişdir.
Avqustun 1-də isə Baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ali Hərbi Şuranın toplantısı olmuşdur. Toplantıda Türkiyə Silahlı Qüvvələrində yeni təyinatlar məsələsi müzakirə və təsdiq edilmişdir.
Şuranın qərarları Prezident Əhməd Necdət Sezərin təsdiqindən sonra ictimaiyyətə açıqlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]