Türkiyə şirkətləri Pakistanın ərazi sularında neft-qaz axtarışı aparacaq
İstanbul, 9 iyul, Günel Karatepe, AZƏRTAC
Türkiyə şirkətləri ilk dəfə Pakistanın ərazi sularında neft və təbii qaz axtarışları aparacaq. Bu fəaliyyət Türkiyə ilə Pakistan arasında əldə olunan müvafiq razılaşma çərçivəsində həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuata açıqlaması zamanı bildirib.
Nazir açıqlaması zamanı Türkiyə ilə Pakistan arasında ticarət həcminin 5 milyard dollara çatdırılacağını deyib.
İyunun 28-də Pakistanda törədilən terror aktını qınadıqlarını bildirən Hakan Fidan Pakistanın FETÖ, PKK, YPG və İŞİD terror təşkilatları ilə mübarizədə Türkiyənin yanında olmasının önəmini vurğulayıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər və milli müdafiə nazirləri Pakistanda səfərdədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]