Türkiyə Somali sahillərində neft-qaz yataqlarının kəşfiyyatına başlayacaq
Ankara, 19 iyul, AZƏRTAC
Türkiyə perspektivli neft-qaz yataqlarının kəşfiyyatı məqsədilə Somali sahillərinə qazma gəmisi göndərəcək.
AZƏRTAC xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Ankara ilə Maqadişo arasında razılaşma olduğunu bildirib.
Nazirin sözlərinə görə, Afrika ölkəsinin perspektivli dəniz yataqlarının seysmik kəşfiyyatı “Oruç Reis” gəmisi tərəfindən aparılacaq və bundan sonra qazma işlərinə başlanacaq.
“İşlərin yerinə yetiriləcəyi ərazidə dənizin dərinliyi 2-3 km arasında dəyişir, ümumiyyətlə qazma işi 7 km dərinliyə qədər aparılacaq”, - o deyib.
A.Bayraktar qeyd edib ki, Ankaranın 2016-cı ildən sonrakı dövrdə həyata keçirdiyi milli enerji strategiyası sayəsində Türkiyə bu gün dəniz zonasında qazma və kəşfiyyat işlərinin müstəqil aparılması üçün bütün imkanlara malikdir.
“Oruç Reis” gəmisinin heyəti 50 nəfərdən ibarətdir. Somaliyə gedən bu gəmini beş köməkçi gəmi, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri müşayiət edəcək”, - deyə türkiyəli nazir əlavə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]