Türkiyə Superliqası: "Fənərbağça" növbəti dəfə xal itirib
Bakı, 8 mart, AZƏRTAC
Türkiyə Superliqasında XXV tur çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” doğma meydanda "Dənizlispor”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib (2:2). Matçın 44-cü dəqiqəsində İstanbul klubunun heyətində Tolqay Arslan ikinci sarı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub.
Günün digər matçında isə "Başakşəhər" səfərdə "Göztəpə"nin qapısından üç cavabsız qol keçirib və ilk pilləyə yüksəlib. "Yeni Malatyaspor”-“Konyaspor” və "Qaziantep"-"Trabzonspor" oyunlarının hər ikisində eyni hesablı heç-heçə qeydə alınıb - 1:1.
Bu tur çərçivəsində, həmçinin “Kasımpaşa”-“Kayserispor”, “Rizəspor”-“Alanyaspor”, “Sivasspor”-“Qalatasaray” və “Gənclərbirliyi”-“Antalyaspor” görüşləri keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]