Türkiyə Superliqası: “Fənərbağça” öz meydanında "Gənclərbirliyi"nə məğlub olub
Bakı, 15 mart, AZƏRTAC
Martın 14-də futbol üzrə Türkiyə çempionatının XXX turu çərçivəsində keçirilən qarşılaşmada “Gənclərbirliyi” səfərdə “Fənərbağça”nın qonağı olub.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 35-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Filip Novak açıb. Lakin cəmi beş dəqiqə sonra Sərdar Əziz topu səhvən öz qapısına göndərərək hesabı bərabərləşdirib. Matçın 63-cü dəqiqəsində isə qonaqların hücumçusu Floyd Ayite "Gənclərbirliyi"nin qələbə topunu vurub.
Günün digər matçlarında “Qaziantep” doğma meydanda “Dənizlispor”u 2:0 hesabı ilə udub. "Ankaragücü"də doğma divarlar arasında "Göztəpə"nin qapısından üç cavabsız top keçirib. "Ərzurumspor" - "Trabzonspor" görüşündə isə qapılar toxunulmaz qalıb - 0:0.
Tura “Kasımpaşa” - “Konyaspor” qarşılaşması ilə yekun vurulacaq.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 63 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 58 xala malik “Fənərbağça” qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXX turda “Yeni Malatyaspor” istirahət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]