Türkiyə Superliqası: İstanbul derbisini “Qalatasaray” qazanıb
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 6-da futbol üzrə Türkiyə çempionatının XXIV turunun birinci gün qarşılaşmasında İstanbul derbisi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qonaqlar “Fənərbağça”nı minimal hesabla məğlub ediblər. “Qalatasaray”ın yeganə qolunu Mustafa Məhəmməd vurub.
Beləliklə, İstanbul derbisini “Qalatasaray” qazanıb.
Günün digər matçında isə “Hatayspor” səfərdə “Kasımpaşa”nı 1:4 hesabı ilə darmadağın edib. “Alanyaspor” isə öz meydanında “Rizəspor”u 2:1 hesabı ilə üstələyib. Sonuncu çempion “Başakşəhər”də doğma divarlar arasında “Fatih Karagümrük”ə minimal hesabla uduzub.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 48 xalla “Qalatasaray” başçılıq edir. İkinci pillədə onunla eyni xala malik olan “Fənərbağça”, üçüncü pillədə isə onunla 45 xal toplayan “Beşiktaş” qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXIII turda “Gənclərbirliyi” istirahət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]