Türkiyə Superliqası: “Qalatasaray” “Kayserispor”un qapısından üç cavabsız top keçirib
Bakı, 14 mart, AZƏRTAC
Martın 13-də futbol üzrə Türkiyə çempionatının XXX turu çərçivəsində “Qalatasaray” səfərdə “Kayserispor”un qonağı olub.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri meydan sahiblərinin qapısından üç cavabsız top keçiriblər. “Qalatasaray”ın qollarını Radamel Falkao (44) və Anri Onyekuru (81, 89) vurublar.
Günün digər matçlarında isə “Sivasspor” doğma meydanda “Fatih Karagümrük”ü minimal hesabla məğlub edib. “Alanyaspor” isə öz meydanında “Antalyaspor”u darmadağın edib -4:0. “Hatayspor” səfərdə “Rizəspor”a 0:1 hesabı ilə məğlub olub.
Hazırda Türkiyə Superliqasında turnir cədvəlinə 63 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 58 xala malik “Fənərbağça” qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXX turda “Yeni Malatyaspor” istirahət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]