Türkiyə təhlükəsizlik qüvvələrinin sentyabrda keçirdiyi əməliyyatlar nəticəsində 110 terrorçu zərərsizləşdirilib
İstanbul, 5 oktyabr, AZƏRTAC
Türkiyə təhlükəsizlik qüvvələrinin sentyabrda ölkə daxilində və xaricində keçirdiyi əməliyyatlar nəticəsində 110 terrorçu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, zərərsizləşdirilənlər arasında axtarışda olan terrorçular da var. Əməliyyatlar zamanı təhlükəsizlik qüvvələrinin 8 üzvü həlak olub, 1-i yaralanıb. Bu müddət ərzində PKK/YPG terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılan 178 nəfərdən 41-i, o cümlədən Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq İstanbula gətirilən İsa Özer həbs edilib.
Əməliyyatlar zamanı terrorçulara məxsus sığınacaqlar, çoxlu sayda silah-sursat, partlayıcı maddə aşkarlanıb.
Bu ilin əvvəlindən sentyabrın 29-dək danışıqlar nəticəsində 171 terrorçu təslim olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]