Türkiyə tərəfindən indiyədək Qara dənizdə 540 milyard kubmetr təbii qaz aşkarlanıb
İstanbul, 25 noyabr, AZƏRTAC
Türkiyə Petrolları Anonim Ortaqlığı Şirkəti tərəfindən Qara dənizin ultradərinliyində aparılan kəşfiyyat işlərində indiyədək ümumilikdə 540 milyard kubmetr təbii qaz aşkar edilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Sakarya Qaz Sahəsinin İnkişafı Layihəsi dəniz altında qurulacaq təbii qaz hasilat sistemi, Filyos sahilində qurulacaq emal qurğusu və bu iki bloku birləşdirəcək boru kəmərlərindən ibarətdir. Filyosda qurulacaq təbii qaz emalı müəssisəsinə isə ilk təbii qazın verilməsi 2023-cü ilə planlaşdırılır. Hazırda son məlumat olaraq Türkiyə Petrolları Anonim Ortaqlığı Şirkəti Qara dənizdəki “Sakarya” qaz yatağında “Türkali-2” kəşfiyyat quyusunda üçüncü rezerv səviyyəsində keçirdiyi axın testinin müvəffəqiyyətlə tamamlandığını açıqlayıb.
Məlumatda müəyyən olunan səviyyədə sutka ərzində 0,67 milyon kubmetr qazın ötürüldüyü bildirilir.
Eyni quyuda aparılan digər sutkalıq sınaqlarda, iyulun 28-də 0,75 milyon, avqustun 31-də isə 0,63 milyon kubmetr qaz axını müşahidə olunub. Beləliklə, “Türkali-2” quyusunun ümumilikdə 2,05 milyon kubmetr qaz axını potensialına malik olduğu müəyyən edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]