Türkiyə və İtaliya “Avro-2032” üçün ortaq namizədlik irəli sürəcək
Bakı, 28 iyul, AZƏRTAC
Türkiyə və İtaliya futbol federasiyaları 2032-ci il Avropa futbol çempionatının birgə təşkili üçün UEFA-ya müraciət edəcək.
AZƏRTAC TRT Haber telekanalına istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) internet saytında yer alan açıqlamaya görə, bu barədə qərar italiyalı həmkarları ilə apardıqları müzakirə və dəyərləndirmədən sonra qəbul olunub.
TFF-nin bəyanatında birgə təşkil edilən 2008, 2012 və 2020-ci il Avropa və 2022-ci il dünya çempionatlarının uğurla keçdiyi vurğulanıb.
Federasiyanın prezidenti Mehmet Büyükekşi ortaq namizədlik müraciətini belə şərh edib: “Bu gün həm Türkiyə, həm də Avropa futbolu üçün əhəmiyyətli bir qərar verdik. İtaliya Futbol Federasiyası ilə ortaqlığımız Avropa futbolunda dostluq və əməkdaşlıq dəyərlərini əks etdirir. İnanıram ki, bu ortaqlıq oxşar mədəniyyətin və köklü tarixin bir parçası olan iki Aralıq dənizi ölkəsi arasında mövcud əməkdaşlığı gücləndirəcək və futbolumuzun gələcəyi üçün mühüm körpü quracaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]