Türkiyə və Oman enerji sahəsində əməkdaşlıq barədə razılığa gəlib
Ankara, 15 iyul, AZƏRTAC
Türkiyə və Oman arasında enerji sektorunda əməkdaşlığa dair Niyyət Memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC Maskatda səfərdə olan Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın sosial şəbəkələrdəki paylaşımına istinadla xəbər verir.
Türkiyənin Energetika Nazirliyinin rəhbəri Omanın energetika və mineral sərvətlər naziri Salim Nasser əl-Aufi ilə görüş keçirib.
“Türkiyə ilə Oman arasında enerji əməkdaşlığı istiqamətində, o cümlədən neft və qaz yataqlarının kəşfiyyatı sahəsində konkret addımlar üçün yol açılıb. Bərpaolunan enerji mənbələrinin potensialının açılması, enerji səmərəliliyinin artırılması və hidrogen enerjisinin inkişafı üzrə də birgə layihələr planlaşdırılır”, - deyə türkiyəli nazir qeyd edib.
A.Bayraktar yeni razılaşmaların hər iki ölkənin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]