Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə Xəbər Agentliyi: “Azərbaycan terrorizmə qarşı mübarizə səylərini davam etdirir”

Ankara, 6 oktyabr, AZƏRTAC

Türkiyə Xəbər Agentliyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri, politoloq Mehman İsmayılovun “Azərbaycan terrorizmə qarşı mübarizə səylərini davam etdirir” adlı məqaləsini yayıb.

Məqalədə bildirilir ki, bu gün Azərbaycan terrorçuluğa qarşı beynəlxalq mübarizə sahəsində qlobal səylərə fəal töhfə verməyə davam etməkdədir. ABŞ-da törədilmiş 11 sentyabr 2001-ci il terror hadisələrindən sonra Azərbaycan terrorçuluğa qarşı beynəlxalq koalisiyanın fəal üzvlərindən birinə çevrilmişdir. Bu istiqamətdə beynəlxalq çağırışlara cavab olaraq Azərbaycan Respublikası öz hava məkanını və hava limanlarını Əfqanıstandakı Əl-Qaidə və Talibana terror təşkilatlarına qarşı mübarizə aparan beynəlxalq antiterror koalisiyasının üzvlərinə açmışdır.

Azərbaycanın ötən dövr ərzində antiterror koalisiyası qüvvələri ilə birgə Əfqanıstanda və İraqda birgə fəaliyyəti beynəlxalq terrorizmə qarşı mübarizədə bariz nümunədir. Bu gün ölkəmiz beynəlxalq əməkdaşlığı terrorçuluğa qarşı mübarizədə ən mühüm komponentlərdən biri olaraq qəbul edir.

Digər ölkələrlə imzalanan ikitərəfli, üçtərəfli və çoxtərəfli sazişlərlə yanaşı, Azərbaycan terrorçuluğa qarşı mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlıq mexanizmlərində fəal iştirak etdiyini xatırladan müəllif yazır ki, bu istiqamətdə, xüsusilə, BMT-nin Terrorçuluğa qarşı mübarizə üzrə Ofisi, ATƏT-in Transmilli Təhdidlər Departamenti, Avropa Şurasının Terrorçuluğa qarşı mübarizə üzrə Ekspertlər Qrupu (CODEXTER), eləcə də GUAM, Avropa İttifaqı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və digərlərini qeyd etmək lazımdır.

Azərbaycan terrorçuluğa qarşı mübarizə sahəsində öz daxili qanunvericiliyini mövcud beynəlxalq öhdəliklərə uyğunlaşdırmaq məqsədilə müntəzəm əsasda nəzərdən keçirir və zəruri əlavə və dəyişikliklər edir. Ölkəmiz hazırda terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyanın hamısına tərəf olaraq qoşulmuşdur. Ölkə qanunvericiliyi həmin beynəlxalq konvensiyalara uyğunlaşdırılmışdır.

Məqalədə qeyd olunur ki, hazırda terrorçuluğa qarşı mübarizədə başlıca problemlərdən birini ölkə ərazilərinin Ermənistan tərəfindən işğalının davam etdirilməsidir. İşğal olunmuş ərazilər milli və beynəlxalq nəzarətdən kənarda qaldığı üçün cinayətkar qruplaşmaların öz qanunsuz əməllərini sərbəst törədə bilmələri üçün əlverişli şərait yaradır. Həmin ərazilərdə həyata keçirilən cinayətkar əməllərdən əldə olunan gəlirlərin dünyanın müxtəlif hissələrində həyata keçirilən terror fəaliyyətinin maliyyələşdirilməsinə sərf olunma riski var.

Azərbaycan 1980-ci illərdən etibarən terrora məruz qalmış ölkədir. Bu baxımdan, terrorçuluq problemi respublikamız üçün yeni bir anlayış deyil. Ermənistanın, bilavasitə təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə ərazimizdə törədilmiş, minlərlə insan itkisinə səbəb olan terror fəaliyyətinə dair kifayət qədər əsaslı dəlillər mövcuddur. 1980-ci illərin sonlarından etibarən Azərbaycan ərazilərinə iddialarını irəli sürmüş və ölkəmizin ərazi bütövlüyünə qarşı güc tətbiq etmiş Ermənistan dəfələrlə terror aktları törətmişdir. Təəssüf ki, bu terror aktlarının təşəbbüskarları və iştirakçıları hələ də azadlıqdadır və hələ də qanun qarşısında cavab verməmişlər.

Tarixə nəzər salsaq, yetərli siyasi və hərbi gücün olmadığı bir zamanda erməni terrorizmi, ilk başladığı dövrdən etibarən dünyanın hər yerinə səpələnmiş ermənilər üçün vahid yaşayış məkanının yaradılması naminə resursların və ərazilərin ələ keçirilməsi üçün effektiv vasitə kimi istifadə edilmişdir. İlk erməni siyasi institutları olan Armenikan (1885), Hnçak (1887) və Erməni İnqilabi Federasiyası-Daşnaksütyun/EİFD (1890) terroru “düşmənləri” ilə mübarizə üçün zəruri vasitə və erməni etnosunun, erməni Qriqorian kilsəsinin etnik-dini təriqətindən dövlətçiliyə malik monoetnik millətə çevrilməsində birləşdirici bir vasitə kimi tanımış və istifadə etmişlər.

Geniş erməni icması arasında böyük dəstək alan erməni terrorizmi qarşısına çıxan öz və digər etnik qrupların nümayəndələri də daxil olmaqla, hər kəsə əsl nifrət və nifaqın təzahürünü nümayiş etdirərək yadda qalmışdır. Bunun bariz nümunəsi 1905-1907-ci illərdə və 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən amansız qətliam olmuşdur. 1918-ci ildə azərbaycanlılar ən sevilən milli bayramı - Novruz bayramını qeyd edərkən, EİFD-nin minlərlə silahlı terrorçusu Azərbaycanın şəhər və kəndlərinə basqın etmiş və mülki əhalini misilsiz qəddarlıqla qətliama məruz qoymuşdur. Həmin günlərdə Azərbaycanda 20 000 dinc azərbaycanlı həlak olmuş, 167 kənd dağıdılmış, onlardan 35-i tamamilə yerlə-yeksan edilmişdir.

Erməni terrorçularının etnik soyqırım1980-ci illərin ikinci yarısı Azərbaycan ərazisində əsasən sərnişin avtobuslarının və metro qatarlarının partlayışları ilə müşahidə olunan terror aktları ilə qeydə alınmışdır.

1991-ci ildə Ermənistan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarının irəliləməsində terrora dövlət səviyyəsində bəraət qazandırmış və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, həmçinin yeddi ətraf rayonun işğalı və ilhaqında terror vasitələrindən geniş istifadə etmişdir. Erməni diasporu və Xüsusi Təhlükəsizlik Xidməti orqanlarının maliyyəsi və təchizatı ilə Livan, Suriya, İran, Rusiya, Ukrayna, Yunanıstan, Bolqarıstan, Fransa və ABŞ-da yaşayan 6000-dən çox erməni Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin hərbi işğalında fəal iştirak etmiş və bir milyondan çox azərbaycanlını öz evlərindən didərgin salmışlar.

Ermənistanın Azərbaycan xalqına qarşı törədilmiş terror aktlarının ən dəhşətlisi 26 fevral 1992-ci ildə bir gecədə 613 azərbaycanlı, o cümlədən 106 qadın və 63 uşaq vəhşicəsinə qətlə yetirildiyi Xocalı şəhərində soyqırımı aktında baş vermişdir. Memorial İnsan Hüquqları Mərkəzi və “Human Rights Watch” təşkilatı Xocalı soyqırımını mülki əhaliyə qarşı törədilən ən qəddar faciələrdən biri olduğunu bəyan etmişlər.

Xüsusi diqqəti cəlb edən məqam ondan ibarətdir ki, Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyan Azərbaycan ərazilərinin işğalında iştirak edən, orada törədilən qətl və qəddarlıqlara bilavasitə rəhbərlik edən hərbi komandirləri olublar.

Cəbhə və dövlət sərhədi yaxınlığında törədilmiş erməni terror aktlarının ən son qurbanları arasında Ağdamdan 5 yaşlı oğlan, Tovuzdan 13 və Füzulidən 2 yaşlı qız uşaqlarını və ən son olaraq 2020-ci il oktyabrın 4- də Ermənistan ərazisindən cəbhədən kənar mülki obyektləri raketlə hədəf alınması nəticəsində Ağcabədidən 14 yaşlı oğlanının qətlə yetirilməsini qeyd etmək olar.

İfrat millətçilik əhval-ruhiyyəsindən doğan və "böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni terrorizmi daim ermənilərin dəyişən siyasi məqsədlərinə cavab verməyə uyğunlaşdırılmışdır. XIX əsrin sonlarında yaranmış və XX əsrin ortalarında sürətlə artan erməni terrorizmi Avropa, Asiya, Amerika və hətta Avstraliya da daxil olmaqla dörd müxtəlif qitədə baş verən 200-dən çox terror aktı ilə region ölkələri və onun hüdudlarından kənarda əsas təhlükəyə çevrilmişdir. Erməni millətçilik ruhunun hər bir kəskinləşmə mərhələsində daim terror və zorakılıqdan istifadə olunduğunu nəzərə alaraq, bu etnik terror halının həm regional, həm də beynəlxalq səviyyədə sülh, təhlükəsizlik və sabitlik naminə aradan qaldırılması üçün vaxtında zəruri tədbirlər görülməlidir.

2020-ci il sentyabrın 27- dən başlayaraq Azərbaycan Ordusu işğal altında olan ərazilərin işğalçılardan azad olunması məqsədilə hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar beynəlxalq terrorizmə qarşı mübarizə nümunələrindəndir. Terrorizmi özünün dövlət siyasətinə çevirən Ermənistan bu gün cəbhədə Azərbaycan Ordusuna qarşı Suriya, Livan və digər ölkələrin ərazisində terror fəaliyyəti ilə məşğul olmuş terror dəstələrindən istifadə edir və bu faktlar təkzibedilməz dəlillərlə öz təsdiqini tapmışdır. Bütün bu faktlar Ermənistan və qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbərləri tərəfindən dilə gətirilmişdir.

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq bu gün də dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində indiyədək ümumilikdə mülki əhalidən 78 nəfərdən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, 23 nəfər şəxs isə həlak olmuşdur.

Bundan başqa, Ermənistan hərbi birləşmələri bu günə kimi döyüş zonasından kənarda yerləşən Beyləqan, Ağcabədi, Bərdə, Goranboy, Tərtər, Daşkəsən, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Mingəçevir və xüsusən ölkəmizin paytaxtına yaxın olan Abşeron və Xızını- orada əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyan aradan qaldırılır, baş verən yanğınlar dərhal söndürülür və bu məqsədlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, tibb işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

Ermənistan tərəfindən məqsədli şəkildə Azərbaycan xilasediciləri, yanğınsöndürənləri, tibb işçiləri, yerli və xarici jurnalistlər atəşə məruz qoyulmaqdadır.

Beləliklə, beynəlxalq humanitar normalara və müharibə haqqında beynəlxalq konvensiyalara məhəl qoymayan, terrorçu fəaliyyətini davam etdirən Ermənistanın bu antiinsani fəaliyyəti dünyanın sivil ölkələri tərəfindən pislənilməli və beynəlxalq terrorizmə qarşı mübarizənin nümunələrindən olan Azərbaycanın haqq mübarizəsinə olan dəstək səyləri gücləndirilməlidir. Beynəlxalq terrorizmə qarşı mübarizədə ölkələrin ikili standartlarla yanaşmasına son qoyulmalı, təcavüzkar ölkə öz adı ilə çağırılmalı və qınaq obyektinə çevrilməlidir.

 

Sabir Şahtaxtı 

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şossesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var

Azərbaycanın sülh gündəliyi regional sabitliyin təmin olunmasına xidmət edir ŞƏRH

Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı

Mərkəzi Bank İsveçrə Milli Bankı ilə maliyyə sektorundakı son tendensiyaları nəzərdən keçirib

Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda sakinlərə tibbi xidmət göstərib

AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər

TƏBİB kənd tibb məntəqələrini müasir tibbi müayinə köşkləri ilə təchiz edir

Siyasi şərhçi: Beynəlxalq hüququn etibarlılığı onun hamı üçün eyni qaydada tətbiqindən asılıdır

Çində ilk robotlaşdırılmış ürək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib

MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir

Tibbi tullantıların təhlükəsiz idarəolunması üzrə məlumatlılıq artırılır

“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Podqoritsa forumu: Azərbaycanın turizmin inkişafı üzrə addımları beynəlxalq auditoriyaya çatdırılıb

Dövlət orqanlarındakı vakant vəzifələr üzrə daxili müsahibələrin qrafiki açıqlanıb

Əmanətlərin Sığortalanması Fondu Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi ilə memorandum imzalayıb

Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Cənubi Koreya bankları məlumat sızmalarından sonra kibertəhlükəsizliyə ayırdıqları vəsaiti artıracaqlar

Bakı, Ağsu və Şəmkirdə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Aİ liderləri yüksək enerji qiymətlərinə qarşı təcili tədbirlər görülməsini istəyirlər

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

“Suitinin kabusu” fotosu “Our Nature Environmental Photo & Video Awards” müsabiqəsinin qalibi olub

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

Azərbaycanın da ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının rəsmi brendi təqdim olunub

Zaqatalada müstəqillik qüruru: “Müstəqil dövlətim – qürur mənbəyimdir”

Naxçıvan FHN-in xüsusi təyinatlı texnika və avadanlıqları payız-qış istismar rejiminə keçirilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib

Elşad Nəsirov: Boru kəmərlərinin inkişaf etmiş şəbəkəsi regionda enerji əməkdaşlığına imkanlar açır

Almaniya və Fransa daxiliyanma mühərrikli avtomobillərin istehsalına dair məhdudiyyətin yumşaldılması ilə bağlı razılığa gəlib

Paytaxtın Nəsimi rayonunda müşavirə: Bütün sahələrdə məqsədyönlü fəaliyyət gücləndirilməlidir

Mahnı Teatrında Maykl Ceksonun yaradıcılığına həsr olunmuş konsert təşkil edilib

Azərbaycanın keçdiyi şərəfli yol və yeni reallıqlar növbəti dəfə Bakıdan dünyaya bəyan edildi ŞƏRH

Almaniyada ehtiyatda olan hərbçilərin sayının azı 200 minə çatdırılması planlaşdırılır

BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar

Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib

BDU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr diqqətə çatdırılıb

İsveçli məhbuslar Estoniya həbsxanalarında saxlanma şəraitindən şikayətləniblər

“Azərişıq”: Süni intellektin tətbiqi şəraitində hələ də fiziki hazırlıqlı işçilərə ehtiyacımız var

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib VİDEO

“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib VİDEO

Deputat: Paşinyan bu gün sülh libası geyinibsə, bunun səbəbi Azərbaycanın gücüdür

Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub