Türkiyədə 400-dən çox fələstinlinin müalicəsi davam etdirilir
İstanbul, 3 aprel, Günel Karatepe, AZƏRTAC
Hazırda Türkiyədə Qəzza zolağından olan 400-dən çox yaralı və ya xəstə fələstinlinin müalicəsi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
XİN-in məlumatına görə, indiyədək Türkiyədən Qəzzaya 42 min ton humanitar yardım göndərilib. Bölgəyə yardım baxımından ikinci ölkə olan Türkiyə ümumi yardımların 23 faizini təmin edir. Bundan əlavə, hər həftə bölgəyə Misir üzərindən 127 ton içməli su çatdırılır.
Qeyd edək ki, Türkiyə Qəzza zolağından təxliyə işlərini də davam etdirir. İndiyədək 1500-ə yaxın şəxsin təxliyəsi həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]