Türkiyədə ənənəvi təhsilin ikinci mərhələsinə başlanılır
İstanbul, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 12-dən etibarən Türkiyənin orta məktəblərində ənənəvi təhsilin ikinci mərhələsinə başlanılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil naziri Ziya Səlçuk bildirib.
Nazir qeyd edib ki, ilkin mərhələdə məktəbəqədər və ibtidai sinif şagirdləri həftənin müəyyən günləri ənənəvi təhsil üzrə tədris sisteminə cəlb edilmişdi. Ənənəvi təhsilin ikinci mərhələsi isə 8-ci və 12-ci sinif şagirdlərini və xüsusi tədris verən məktəbləri əhatə edir.
Bildirilib ki, şagirdlərin ənənəvi təhsilə başlaması və ya onlayn təhsili davam etdirmələri ilə bağlı qərar valideynlər tərəfindən veriləcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]