Türkiyədə koronavirusa yoluxma sayında artım müşahidə edilir
İstanbul, 10 mart, AZƏRTAC
Martın 2-dən etibarən Türkiyədə karantin rejiminin yumşaldılmasından sonra ölkə ərazisində yoluxma saylarında artım müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, artım İstanbul da daxil olmaqla bir çox vilayətlərdə, xüsusilə ölkənin Qaradəniz bölgəsində daha çox qeydə alınıb. Fevral ayının son həftəsi ilə müqayisədə bəzi bölgələrdə hər 100 min nəfərdən 100-dən çoxunda yoluxma halları müşahidə edilib.
Mütəxəssislər yoluxma hallarının çoxalmasının virusun mutasiyaya uğramış növünün ölkə ərazisində artması səbəbindən baş verdiyini bildirirlər. Onların fikrincə artımın əsas səbəblərindən biri də əhalinin sosial məsafə qaydalarına tam riayət etməməsidir.
Ölkənin Səhiyyə Nazirliyi tərəfindən verilən son məlumatlara əsasən, 27 fevral - 5 mart tarixləri arasında ən çox artım ölkənin Kırklareli, Kocaeli, İstanbul, Tekirdağ, Yalova, Çanaqqala, Mərsin, Kilis və Artvin olmaqla doqquz vilayətində müşahidə edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]