Türkiyədə “Mastercard” və “Visa” ödəniş sistemləri ilə bağlı araşdırma aparılır
Ankara, 18 iyul, AZƏRTAC
Türkiyə Rəqabət Şurası tərəfindən “Mastercard” və “Visa” beynəlxalq ödəniş sistemləri ilə bağlı araşdırma aparılır.
AZƏRTAC xəbər verir ki, bu araşdırmaya Türkiyənin ödəniş sistemlərinin xaricdə fəaliyyətini məhdudlaşdırmaq cəhdləri ilə bağlı şikayətlər səbəb olub.
Şuranın məlumatına görə, Türkiyə ödəniş sistemləri xarici tərəfdaşlarla bağlanmış ikitərəfli müqavilələr vasitəsilə yerli istehlakçılara xaricdə mal və xidmətlərin haqqının ödənilməsi imkanı yaradır. Bu model “Mastercard” və “Visa” xidmət sistemlərindən yan keçməyə imkan verir.
Məlumatda qeyd olunub: “Türkiyə Rəqabət Şurasının mütəxəssisləri “Mastercard” və “Visa” şirkətlərinin cari ödəniş sxemlərinə əməl edilməməsi bəhanəsi ilə ikitərəfli müqavilələrin icrasını əngəlləmək cəhdlərini müəyyən ediblər. Məlum olub ki, hər iki beynəlxalq sistem ikitərəfli razılaşma modelinə uyğun olaraq ödənişləri qəbul edən banklara təzyiq göstərir”.
Şuradan bildirilib ki, ətraflı araşdırma problemin tam mənzərəsini ortaya çıxaracaq.
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]