Türkiyədə və İraqın şimalında yeddi terrorçu məhv edilib
Ankara, 9 oktyabr, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdikləri antiterror əməliyyatları çərçivəsində PKK terror təşkilatına daha bir sarsıdıcı zərbə vurulub.
AZƏRTAC Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, “Pəncə Qaplan” əməliyyatı çərçivəsində Haftanin bölgəsində yerləri müəyyənləşdirilən 5 nəfər PKK terrorçusu dəqiq zərbələrlə məhv edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, Şırnak bölgəsində həyata keçirilən “İldırım-1” antiterror əməliyyatı çərçivəsində iki silahlı terrorçu zərərsizləşdirilib. Aviasiya vasitələrinin dəstəyi ilə həyata keçirilən xüsusi əməliyyat Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Təşkilatı tərəfindən birgə planlaşdırılıb.
Nazirliyin digər məlumatında isə qeyd edilib ki, daha bir terrorçu Mardində təhlükəsizlik qüvvələrinə təslim olub. Bununla da bu il ərzində təslim olan terrorçuların sayı 174-ə çatıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]