Türkiyədən idxal olunan pendir məhsulunda uyğunsuzluq aşkarlanıb
Bakı, 2 may, AZƏRTAC
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Z.N.Y" MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “Kaanlar Gida San. və Tic. A.Ş.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 720 kiloqram “Kaanlar” əmtəə nişanlı mozarella pendiri məhsulu partiyasından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan müayinələr nəticəsində məhsul partiyasında “E.coli” aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
İstehlaka yararsız qida məhsulları məhv edilib.