Türkiyəli mütəxəssis: Əminəm ki, Faiq Qarayev uğurlu nəticələr qazanan komanda yaradacaq
Bakı, 15 yanvar, AZƏRTAC
“Faiq Qarayev Azərbaycan voleybolunun ən önəmli simasıdır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Ataman Güneyligil Faiq Qarayevin yığmanın sükanı arxasına keçməsi barədə danışarkən deyib.
Türkiyəli mütəxəssis F.Qarayevin Azərbaycan millisinə baş məşqçi təyin olunmasının uğurlu seçim olduğunu bildirib: “Onun Türkiyə voleybolunun inkişafında da mühüm rolu olub. Qarayevə lazımi dəstək verilsə, əminəm ki, gələcəkdə uğurlu nəticələr qazanan komanda yaradacaq”.
O, Azərbaycan millisinin hazırkı hədəfinin dünya çempionatına vəsiqə qazanmaq olduğunu söyləyib: “Bunun üçün yığmanın dünya reytinqindəki yerini qorumağı vacibdir. Bütün texniki heyətə və oyunçulara uğurlar arzulayıram”.
Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyası son Avropa çempionatından sonra Ataman Güneyligillə müqavilənin müddətini uzatmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]