Türkiyəli yazıçı Uludağ zirvəsində 20 Yanvarla bağlı Azərbaycanla həmrəyliyini nümayiş etdirib VİDEO
Ankara, 20 yanvar, AZƏRTAC
Türkiyəli yazıçı-publisist, tərcüməçi Mətin Yıldırım 20 Yanvar faciəsi ilə əlaqədar Bursa vilayətinin Uludağ zirvəsində Azərbaycanla həmrəyliyini nümayiş etdirib.
Yazıçı AZƏRTAC-a bildirib ki, Uludağ Xizək Mərkəzində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını birgə dalğalandıraraq sosial şəbəkədə etdiyi videomüraciətlə hər kəsi 20 Yanvar faciəsi ilə bağlı Azərbaycanla həmrəyliyə dəvət edib. Şəhidlərimizin ruhuna dualar oxuyub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara