Türkiyənin 20 vilayətində terrorçuluqda şübhəli bilinən 33 nəfər saxlanılıb
Ankara, 14 iyul, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, ölkənin 20 vilayətini əhatə edən genişmiqyaslı antiterror əməliyyatı başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, jandarmeriya qüvvələrinin səyləri ilə iki həftə ərzində ümumilikdə 50 nəfər “Paralel dövlət” (FETÖ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək saxlanılıb. Onların 33-ü barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslərə qarşı terror təşkilatının maliyyələşdirilməsində iştirak etmək, həmçinin terrorçuların ideologiyasının, o cümlədən sosial şəbəkələrdə təbliği ittihamları irəli sürülüb.
Türkiyəli nazir qeyd edib ki, cari ilin əvvəlindən bəri hüquq-mühafizə orqanlarının səyləri ilə ölkə ərazisində ümumilikdə FETÖ terror təşkilatının 910 üzvü həbs olunub, min nəfərə qarşı yaşayış yerini tərk etməməklə bağlı iltizam qətimkan tədbiri seçilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]