Türkiyənin 4 vilayətində antiterror əməliyyatı keçirilib, 14 şübhəli saxlanılıb
Ankara, 9 aprel, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkənin dörd vilayətində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatın keçirildiyini bildirib.
AZƏRTAC xəbər verir ki, “Bozdoğan-22” kod adı altında Eskişehir, Qaziantep, Samsun və Yalova vilayətlərində keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 14 nəfər saxlanılıb.
Əməliyyat zamanı terror təşkilatına aid sənədlər və rəqəmsal materiallar ələ keçirilib.
Nazir ölkənin təhlükəsizliyinə töhfə verən hüquq-mühafizə orqanları əməkdaşlarına minnətdarlığını bildirib.
“Əziz millətim əmin olsun ki, son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız durmadan davam edəcək”, - deyə Yerlikaya vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]