Türkiyənin Hatay vilayətində güclü meşə yanğını baş verib
İstanbul, 9 oktyabr, AZƏRTAC
Türkiyənin Hatay vilayətinin Belen rayonunda meşəlik ərazidə güclü yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, yaşayış məntəqələrinə yaxın ərazidə baş verən yanğın nəticəsində bir binaya və bir neçə avtomobilə ciddi ziyan dəyib. Ətrafdakı evlərin sakinləri təxliyə ediliblər.
Yanğının söndürülməsi işinə yanğınsöndürmə briqadaları və helikopterlər də cəlb olunub. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]
Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]