Türkiyənin təhlükəsizlik qüvvələri daha bir terrorçunu zərərsizləşdirib
İstanbul, 17 noyabr, AZƏRTAC
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında PKK/YPG terror təşkilatının "ideoloji sahəyə cavabdeh" adlandırdığı məsul üzvü Əli Subaşını zərərsizləşdirib.
AZƏRTAC xəbər verir ki, "İdris Serhat" kod adlı terrorçu Türkiyə Daxili İşlər Nazirliyinin axtarışda olan terrorçular siyahısında yer alırdı. Onun təşkilatın İraq və Suriyadakı idarəçiləri ilə yaxın münasibətdə olduğu, separatçılıq ideologiyasının digər şəxslərə ötürülməsi, eləcə də qaçmağa çalışan PKK üzvlərinin yenidən terror fəaliyyətlərinə cəlb edilməsindən məsul olduğu müəyyənləşdirilib.
Terrorçunun Türkiyə, İran və İraqda fəaliyyət göstərdiyi, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Zeytun Budağı” əməliyyatı zamanı türk əsgərlərinə qarşı hücumlarda iştirakı aşkarlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]
Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq
- 05.10.2026 [13:08]
Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub
- 05.10.2026 [12:57]
Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib
- 05.10.2026 [12:44]