TÜRKİYƏNİN TURİZM ŞİRKƏTLƏRİNİN NÜMAYƏNDƏ HEYƏTİ BAKIYA GƏLƏCƏK
Dekabrın 12-dəTürkiyənin müxtəlif turizm şirkətlərinin, bu ölkənin Turizm Agentlikləri Assosiasiyasının (TÜRSAB) rəhbərlərinin ölkəmizə səfəri gözlənilir. Gənclər, İdman və Turizm Nazirliyinin Baş Turizm İdarəsi rəisinin müavini Aydın İsmiyev bildirmişdir ki, bu, qardaş ölkənin turizmlə məşğul olan işgüzar adamlardan ibarət belə mötəbər nümayəndə heyətinin ölkəmizə ilk səfəridir. Danışıqlar gedişində müvafiq sazişlərin imzalanacağı gözlənilir.
Türkiyə nümayəndə heyətinin səfəri barədə razılıq Azərbaycanın gənclər, idman və turizm naziri Əbülfəz Qarayevin bu ilin yayında Türkiyəyə səfəri gedişində əldə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]