Türkiyənin vitse-prezidenti Kiprdə uzunmüddətli nizamlanmanın yollarını göstərib
Ankara, 19 iyul, AZƏRTAC
Kiprlə davamlı və uzunmüddətli nizamlanma yalnız adanın reallıqları nəzərə alınmaqla mümkündür.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhün təmin edilməsi əməliyyatına başlamasının 50-ci ildönümünə həsr olunmuş bəyanatında deyilir.
Onun sözlərinə görə, ədalətli nizamlanma üçün Kiprdəki mövcud vəziyyəti nəzərə alan çərçivəyə riayət etmək vacibdir.
Yılmaz 2021-ci ildə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın Cenevrədə irəli sürdüyü təklifləri - Kipr türklərinin bərabər beynəlxalq status və suverenlik hüququnun tanınmasını xüsusilə əhəmiyyətli adlandırıb.
Türkiyəli siyasətçi əmindir ki, növbəti addım iki Kipr dövləti arasında əməkdaşlıq modellərinin formalaşdırılması olacaq və bu, Ankara tərəfindən tam dəstəklənir. “Türkləri Kiprdən qovmaq planları birdəfəlik unudulur”, - deyə o vurğulayıb.
Yılmaz əmin edib ki, Türkiyə Şimali Kipr türklərinin problemlərinin həllinə köməyini davam etdirəcək və onların maraqlarını qoruyacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]