Türkiyənin vitse-prezidenti ölkədə dezinflyasiya prosesinin sürətləndirildiyini bildirib
Ankara, 13 sentyabr, AZƏRTAC
Xarici ticarətdəki müsbət tendensiya Türkiyənin xarici borclanma ehtiyacını azaldır ki, bu da ölkədə dezinflyasiya prosesini sürətləndirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın sosial şəbəkələrdəki paylaşımında deyilir.
Siyasətçi 2025-ci ilin iyul ayının yekunlarına görə Türkiyənin ödəmə balansının cari hesabının profisitinin 1,77 milyard dollar təşkil etdiyi faktına diqqət çəkib ki, bu da “xidmət ixracının artımı və mal ixracının dünya ticarətindəki dəyişkənliyə davamlılığının nəticəsi oldu”.
C.Yılmaz Türkiyənin valyuta ehtiyatlarının artdığını da qeyd edərək əlavə edib ki, təkcə iyul ayında ehtiyatlarda xalis artım 18,6 milyard dollara çatıb.
Vitse-prezident ölkə iqtisadiyyatının bir sıra istiqamətlərinin prioritet olduğunu da qeyd edərək, bu il təkcə turizm sektorunun Türkiyəyə 64 milyard dollar qazanc gətirəcəyini bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]