TÜRKMƏNİSTANDA DAHA BİR ƏZƏMƏTLİ MƏSCİD TİKİLMİŞDİR
Eyni zamanda, 10 min möminin ibadət edə biləcəyi məscidin minarələrinin hündürlüyü 90 metrdir. Onun günbəzi vertolyotların köməyi ilə qaldırılaraq yerinə qoyulmuşdur. Bəzi mənbələrin məlumatına görə, məscidin inşası 100 milyon dollara başa gəlmişdir.
İbadətgahın divarlarında Türkmənbaşının kəlamları, habelə Qurandan ayələr həkk edilmişdir. Mərkəzi Asiyada ən böyük müsəlman məbədi sayılan bu məscid Saparmurad Niyazovun anasının şərəfinə ucaldılan xatirə kompleksinin bir hissəsinə çevriləcəkdir.
Prezident Niyazov dövlət kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsində demişdir ki, onun məscid divarlarına yazılan kəlamları türkmənlərin indiki və gələcək nəsilləri üçün “yölgöstərən ulduz” olacaqdır.
Yeni məsciddə cümə namazından sonra şənliklər başlanmış və bu münasibətlə bir sürü qoyun qurban kəsilmişdir. Mərasimin sonunda atəşfəşanlıq olmuşdur.
Məscidi Fransanın “Bouygues” şirkəti tikmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]
Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq
- 05.10.2026 [13:08]
Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub
- 05.10.2026 [12:57]
Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib
- 05.10.2026 [12:44]