U-19 yığmasının üzvləri üçün seminar keçirilib
Bakı, 6 noyabr, AZƏRTAC
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvlərinə seminar keçib.
AZƏRTAC xəbər verir ki, Komitə sədri yığmanın üzvlərinə yarışın qaydaları haqda məlumat verib. Seminarda Topaz Premyer Liqasının və başqa ölkələrin çempionatlarından toplanan, eləcə də FİFA və UEFA-nın hazırladığı video materiallar nümayiş etdirilib. Sonda gənc futbolçuların sualları cavablandırılıb.