Üç heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bakı, 12 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 11-də aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 3 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə https://afsa.gov.az/az/xeberler/qanunsuz-heyvan-kesiminin-qarsisinin-alinmasi-istiqametinde-tedbirler-davam-etdirilir-11-sentyabr linkində tanış olmaq olar.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:00]
AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir
- 05.06.2026 [17:49]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:47]