ÜÇ QƏSƏBƏDƏN BİRİ HAZIRDIR
“Azərsutikinti” Səhmdar Cəmiyyətinin inşaatçıları Füzuli rayonunun Haramı düzündə saldıqları hər biri 30 evdən ibarət 3 qəsəbənin birində işləri tamam başa çatdırmışlar.
Səhmdar cəmiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu qəsəbələr Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” çərcivəsində inşa edilir.
Haramıda 3 tikinti təşkilatı çalışır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə salınan qəsəbələrdən biri sakinləri elə bu gün qəbul edə bilər. İkinci qəsəbədəki evlərdə son tamamlanma işləri görülür. İnşaatçıların təqribən 70 faizi məcburi köçkünlər - yəni bu qəsəbələrin gələcək sakinləridir. İşlərin sürətlə aparılmasında bu amil də rol oynayır. Artıq obyektlərdə 3 milyard manatlığa yaxın iş görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]