UÇQUNLAR ALTINDAN DAHA BİR MEYİD ÇIXARILDI
Yanvarın 31-də axşam saat 21 radələrində Müdafiə Nazirliyi Mülki Müdafiə İdarəsinin xilasediciləri Lənkəran şəhərinin 2-ci mikrorayon massivində qəzaya uğramış kommunal evdə axtarış işlərini yenidən davam etdirməyə başlamışlar.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, saat 21.40 dəqiqədə xilasedicilər qəza yerindən daha bir cəsəd – Rəhimov Asif Ayaz oğlunun meyidini aşkar edərək beton plitələr arasından çıxarmışlar. Beləliklə, həlak olanların sayı 7 nəfərə çatmışdır.
Xilasetmə və axtarış işləri davam edir.