ÜÇÜNCÜ ÇAĞIRIŞ NAXÇIVAN ALİ MƏCLİSİNİN BİRİNCİ SESSİYASI KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra Ali Məclis sədrinin seçilməsi məsələsi müzakirə edilmişdir.
Açıq səsvermə yolu ilə Vasif Yusif oğlu Talıbov yenidən seçilmişdir.
Deputat Azər Zeynalov Ali Məclis sədrinin birinci müavini seçilmişdir.
Sessiyada daimi komissiyaların sədrləri, sədr müavinləri və üzvləri də seçilmişdir.
Naxçıvan Muxtar Respublikasının 2006-cı il Dövlət büdcəsi təsdiq edilmiş, “Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyulmuş və qəbul olunmuşdur.
Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərmanları təsdiq olunmuşdur.