UEFA Çempionlar Liqası: Bu gün “Neftçi" klubu Yunanıstanda “Olimpiakos”un qonağı olacaq
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 21-də “Neftçi” komandası UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Yunanıstanın Pirey şəhərində keçiriləcək görüşdə rəqib “Olimpiakos” komandası olacaq. “Georgios Karaiskakis” stadionunda keçiriləcək qarşılaşmanı portuqaliyalı referi Joao Pinyeyru idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
“Neftçi” UEFA Çempionlar Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayıb. Bakı təmsilçisi Tbilisinin “Dinamo” komandasını hər iki oyunda eyni hesabla yenib - 2:1. “Olimpiakos” isə birbaşa bu mərhələdən çıxış etməyə başlayacaq.
Cütün qalibi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Mura” (Sloveniya) - “Ludoqorets” (Bolqarıstan) duelinin qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Malmö” (İsveç) - HİK (Finlandiya) qarşılaşmasında uduzan tərəflə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]