UEFA Çempionlar Liqası: “Qarabağ” klubu növbəti oyununa çıxıb
Bakı, 26 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Rakuv” (Polşa) - “Qarabağ” (Ağdam) oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Polşada “Miejski” stadionunda keçirilən oyunda “Rakuv”un start heyətində Vladan Kovaçeviç, Stratos Svarnas, Zoran Arseniç, Boqdan Rakovitsan, Fran Tüdor, Ben Lederman, Cin Karlos, Yannis Papanikolau, Vladislav Koçergin, Martsin Tsebulya və Lukaş Zvolinski yer alıblar.
Ağdam təmsilçisinin heyətində meydana Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Leandro Andrade, Abdullah Zubir və Redon Cica çıxıblar.
Qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi FIFA referisi Lukas Fendrixdir. Ona həmyerliləri Yonas Enri və Giyom Mer laynsman qismində kömək edirlər. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirir.
Komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Azərbaycan çempionu ilk mərhələdə Cəbəllütariqin “Linkoln” komandasını üstələyib - 2:1, 4:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]