UEFA Konfrans Liqası: "Qəbələ" - "Omoniya" matçı başlayıb
Bakı, 27 iyul, AZƏRTAC
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qəbələ" - "Omoniya" (Kipr) matçı başlayıb.
AZƏRTAC xəbər verir ki, "Qəbələ"nin start heyətində Kristof Atanqana, İlkin Qırtımov, Murad Musayev, Lukas Afriko, Urfan Abbasov, Emil Səfərov, Ahmed Ayzaya, Əyyub Əllaş, Omar Hani, Ülvi İsgəndərov və Osama Xalayla yer alıblar.
"Omoniya"nın heyətində meydana Fabiano, Adam Mettyuz, Senu Kulibali, Adam Lanq, Markinyos Sipriano, Yoannis Kusulos, Moretu Kassama, Loizos Loizu, Roman Bezus, Villi Semedu və Kərim Ansarifard çıxıblar.
Matçı rumıniyalı baş hakim Andrey Çivulete idarə edir. Ona həmyerliləri Sebastyan George və Daniel Mitruti köməklik göstərirlər. Dördüncü hakim funksiyasını Horatiu Fesnik yerinə yetirir.
Bu cütün qalibi növbəti raundda “Midtulland” (Danimarka) - “Proqres” (Lüksemburq) duetinin güclüsü ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]