UEFA Konfrans Liqası: “Neftçi” - “Makkabi” oyununun birinci hissəsi başa çatıb
Bakı, 19 avqust, AZƏRTAC
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Neftçi" - "Makkabi Hayfa" (İsrail) oyununun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən matçın birinci hissəsi İsrail təmsilçisinin minimal üstünlüyü ilə yekunlaşıb - 1:0. "Makkabi"nin heyətində oyunun 9-cu dəqiqəsində Omer Atsili fərqlənib.
Mübarizəyə UEFA Çempionlar Liqasından start verən Bakı təmsilçisi "Dinamo"dan (Tbilisi) üstün olsa da, növbəti mərhələdə Yunanıstanın "Olimpiakos" komandası ilə bacarmayıb. UEFA Avropa Liqasına düşən komanda iki matçın nəticəsinə görə, Finlandiyanın HİK komandasına məğlub olub və UEFA Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.