UEFA Konfrans Liqası: RFŞ - “Sabah” matçı başlayıb
Bakı, 26 iyul, AZƏRTAC
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən RFŞ (Latviya) - “Sabah” (Bakı) matçı başlayıb.
AZƏRTAC xəbər verir ki, Latviya klubunun start heyətində Pavel Şteynbor, İsmael Diomande, Emerson, Roberts Savaļniyeks, Sedrik Kuadio, Andrey İliç, Herdi Prenqa, Pyotr Mareş, Stefan Panits, Adam Marxiyev və Jiqa Lipuşçek yer alıblar.
“Sabah”ın heyətində meydana Yusif İmanov, Amin Seydiyev, Con İrasabal, Sofian Çakla, Boyan Letiç, Elvin Camalov, Aleksey İsayev, Kristian da Silva, Davit Volkov, Anatoli Nuriyev və Namik Ələskərov çıxıblar.
Latviyanın Yurmala şəhərindəki “Sloka” stadionunda keçirilən görüşü Çexiyadan olan hakimlər briqadası idarə edir. Qarşılaşmanın baş hakimi Yan Maxalekdir. Ona Adam Harak və Yan Vanya kömək edirlər. Dördüncü hakim funksiyasını Pavel Orel yerinə yetirir.
Komandalar arasında cavab görüşü avqustun 3-də Bakıda keçiriləcək.
Bakı təmsilçisi RFŞ-i turnirdən kənarlaşdırsa, növbəti mərhələdə Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq. Üçüncü təsnifat mərhələsinin görüşləri avqustun 10-da və 17-də oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]