UEFA Millətlər Liqası: Azərbaycan yığması Monteneqro ilə oyunda qələbəni əldən verib
Bakı, 8 aprel, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan yığma Monteneqro seçməsinin qonağı olub. Nikşiç şəhər stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin qolunu 54-cü dəqiqədə Manə Mollayeva vurub. Meydan sahibləri isə əsas vaxta əlavə olunmuş dəqiqələrdə məğlubiyyətdən qaça biliblər. Bu nəticədən sonra xallarını 5-ə çatdıran komandalar müvafiq olaraq 1-2-ci yerləri bölüşdürür.
Qeyd edək ki, yığmamız qrupda son matçını mayın 30-da Bakıda Litvaya qarşı keçirəcək. Monteneqro isə Litva ilə səfərdə qarşılaşacaq. Qrup qalibinin adına məhz son turda aydınlıq gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]