UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib
Bakı, 11 iyun, AZƏRTAC
UEFA Millətlər Liqasının qrup mərhələsində üçüncü turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə yeddi qarşılaşma baş tutub.
A Liqasının birinci qrupunda Avstriya Fransanı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qonaqlar məğlubiyyətdən Kilian Mbappenin qolu ilə qurtulublar. Qrupun digər oyununda lider Danimarka Xorvatiyaya 0:1 hesabı ilə məğlub olub.
B Liqasının ikinci qrupunda Albaniya İsrailə 1:2 hesabı ilə uduzub.
C Liqasının üçüncü qrupunda Azərbaycan yığması Slovakiya ilə qarşılaşmada minimal hesabla məğlub olub. Belarus isə Qazaxıstanla görüşdə məğlubiyyətdən xilas olmağı bacarıb.
Nəhayət, D Liqasının birinci qrupunda Moldova Latviya yığmasına 2:4 hesabı ilə uduzub. Andorra isə Lixtenşteyn üzərində 2:1 hesabı ilə qalib gəlib.
UEFA Millətlər Liqası
A Liqası, 1-ci qrup
Avstriya-Fransa - 1:1
Danimarka-Xorvatiya - 0:1
Xal durumu: Danimarka - 6, Avstriya-4, Xorvatiya-4, Fransa-2
B Liqası, 2-ci qrup
Albaniya-İsrail - 1:2
Xal durumu: İsrail - 4, İslandiya - 2, Albaniya - 1
C Liqası, 3-cü qrup
Azərbaycan-Slovakiya - 0:1
Belarus-Qazaxıstan - 1:1
Xal durumu: Qazaxıstan - 7, Slovakiya - 6, Belarus - 2, Azərbaycan - 1
D Liqası, 1-ci qrup
Moldova-Latviya - 2:4
Andorra-Lixtenşteyn - 2:1
Xal durumu: Latviya - 9, Moldova - 4, Andorra - 4, Lixtenşteyn - 0.