UEFA SANKSİYA TƏTBİQ EDƏ BİLƏR
Bakı, 31 iyul (AZƏRTAC). Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilmiş «Bakı» - «Levski» və Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş «Qarabağ» - «Rusenborq» oyunlarında təhlükəsizliyin UEFA-nın tələblərinə uyğun şəkildə təmin olunmaması ilə bağlı AFFA-ya Avropa futbol qurumu tərəfindən məktub göndərilib. Məktubda hər iki oyun üçün biletlərin çap edilməməsi, bununla əlaqədar təhlükəsizlik və ümumi tədbirlərin aşağı səviyyədə olması ciddi tənqid edilib, «Bakı» klubuna sanksiya tətbiq olunacağı bildirilib və klublarımızın cari mövsümdə avrokuboklar çərçivəsində Bakıda keçirəcəyi növbəti oyunların təşkilatçılığı ilə bağlı AFFA-nın qarşısına tələb qoyulub.
Bununla əlaqədar, Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək «Qarabağ»-«Honka» qarşılaşmasının müəyyən təşkilati işləri AFFA tərəfindən həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]