Uelsdə fəhlələr təsadüfən 900 il yaşı olan məxfi tunel aşkarlayıb
Bakı, 10 mart, AZƏRTAC
Uelsdə elektrik montajı işləri zamanı təxminən 900 illik yaşı olan orta əsrlərə aid məxfi tuneli aşkarlanıb.
AZƏRTAC “The Independent” qəzetinə istinadla xəbər verir ki, tunel Monmutşir qraflığında 1131-ci ilə aid qədim abbatlığın xarabaları yaxınlığında yerləşir. Tikili yeraltı kabel üçün xəndək qazan fəhlələr tərəfindən tapılıb.
Kərpicdən hörülən və hündürlüyü təxminən 1,2 metr olan tunel yaxınlıqda axan çaya paralel piyada yolunun altından keçir. Aşkarlanan keçid heç bir topoqrafik xəritədə qeyd edilməyib, yerli əhali və hakimiyyət orqanları da ondan xəbərsiz olub.
Tapıntının dəqiq arxeoloji tədqiqatı üçün illərlə vaxt lazım gələcəyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]
Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]