Ufa aeroportundan Bakıya uçanların sayı iki dəfədən çox artıb
Moskva, 19 fevral, AZƏRTAC
Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərinin aeroportundan Bakıya uçuşların sayı iki dəfədən çox artıb.
AZƏRTAC xəbər verir ki, “Ufa” aeroportundan 2019-cu ildə uçuşların ən populyar xarici istiqamətləri müəyyən edilib. Xaricə gedən respublika sakinləri ən çox Antalyaya üz tutub. Ötən il 433 min ufalı Türkiyənin bu bölgəsində istirahət edib.
Bakıya uçuşların sayı 2019-cu ildə iki dəfədən çox artıb. Ötən il Azərbaycan paytaxtına Ufadan 26,5 min turist yola düşüb. Bu istiqamətdə uçuşları “Buta Airways” və “NordStar” aviaşirkətləri həyata keçirir.
Türkiyə paytaxtına da gedənlərin sayı 20 faiz artıb. Geridə qoyduğumuz ildə Ufadan İstanbula 35,2 min turist gedib. Bundan başqa, respublika sakinləri Çin, Avstriya, BƏƏ, Tailand və digər ölkələrə səfərlər ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]
Azərbaycanın qastroturizm imkanları beynəlxalq sərgidə təqdim olunub
- 19.05.2026 [16:18]