Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukrayna dilində çapdan çıxmış “Poliqrafçının ölümü” kitabının Kiyevdə təqdimatı olmuşdur

Kiyev, 29 aprel (AZƏRTAC). Aprelin 29-da Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş Ukrayna Milli Yazıçılar İttifaqında (UMYİ) Elmira Axundova və İsa Nəcəfovun Ukrayna dilində çapdan çıxmış “Poliqrafçının ölümü” kitabının təqdimatı olmuşdur.

Tədbir ulu öndər Heydər Əliyevin 90 illik yubileyi çərçivəsində “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatının prezidenti, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri, Heydər Əliyev adına Ukrayna-Azərbaycan təhsil, elm, mədəniyyət və idman mərkəzinin qurucusu Oleq Krapivin tərəfindən, Azərbaycanın Kiyevdəki səfirliyinin təşkilati dəstəyi ilə təşkil olunmuşdur.

Moderator, Ukraynanın tanınmış şərqşünas alimi, diplomat Yuri Koçubey UMYİ-nin sədri Viktor Baranova söz vermişdir. V.Baranov tədbiri “Xalqlar dostluğu - ədəbiyyatların dostluğu” adlandırmışdır. 2012-ci ilin Bakı Humanitar Forumunun işində iştirak etmiş və çoxlu azərbaycanlı qələm dostları olan yazıçı Azərbaycandan, ölkənin tərəqqisindən böyük həvəslə danışmış, təqdimatı iki dost dövlətin mədəni həyatında çox mühüm hadisə adlandırmışdır. V.Baranov E.Axundovaya bir dəstə qızıl gül, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətliyə isə “Taras Şevçenkonun rəsmlərindən ibarət albom (1841-1843-cü illər)” təqdim etmişdir.

Azərbaycan səfiri səmimiyyətə və Ukrayna qonaqpərvərliyinə görə UMYİ-yə minnətdarlığını bildirmiş, gözəl söz ustası Elmira Axundovaya təşəkkür etmişdir. Səfir şəxsən tanıdığı Əjdər Xanbabayevi həqiqi vətənpərvər, ləyaqətli insan və tanınmış poliqrafçı adlandırmışdır. Diplomat, həmçinin aprelin 18-də Bakıda E.Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” 6 cildlik tədqiqat romanının 5-6-cı cildlərinin təqdimatının yüksək səviyyədə keçdiyini xatırlatmış və ona gələcək yaradıcılığında uğurlar arzulamışdır.

Ukraynanın gənclər və idman naziri Ravil Safiullin təqdimatı Ukraynanın və Azərbaycanın ictimai-siyasi həyatında parlaq hadisə adlandırmışdır. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə Ukraynada sərbəst güləş üzrə hər il keçirilən beynəlxalq turnirin sponsoru olan dostu Oleq Krapivinin ünvanına xoş sözlər söyləmişdir.

O, Oleq Krapivinə idmanın və olimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə nazirliyin fəxri fərmanını, fərqlənmə nişanını və “Nike” heykəlini təqdim etmişdir.

Sonra Ukraynanın tanınmış siyasətçisi, Azərbaycanın böyük dostu, “Vətən oğlu” ordeninə layiq görülmüş Anatoli Raxanski ulu öndər Heydər Əliyev haqqında xatirələrini bölüşmüşdür. O qeyd etmişdir ki, Heydər Əlirza oğlu Əliyevin qayğısı sayəsində Kiyevdə “Obolon” pivə zavodu, paytaxt uşaq yeməkləri kombinatı tikilmiş, filarmoniya yenidən qurulmuş və bir çox başqa işlər görülmüşdür.

“Poliqrafçının ölümü” kitabının həmmüəllifi, Azərbaycan Milli Məclisinin deputatı, yazıçı-publisist Elmira Axundovanın çıxışı kitabın təqdimatına yekun vurmuşdur. O, kitabın Ukrayna dilində nəşrinin sponsoru Oleq Krapivinə, Azərbaycanın Kiyevdəki səfirinə səmimi minnətdarlığını bildirərək demişdir ki, bu kitabı ulu öndər Heydər Əliyev çox yüksək qiymətləndirmişdir. E.Axundova qeyd etmişdir ki, bu sənədli-bədii romanda Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtmasından, sovet imperiyasının süqutundan və Heydər Əliyevə yaxın insanlara qarşı fitnəkarlıqlar və qətllər törətmiş keçmiş SSRİ rəhbərliyinin və xüsusi xidmət bölmələrinin çirkin iş metodlarından söhbət açılır. O, vərəqləri saralmış “Literaturnaya qazeta”da dərc olunmuş məqaləni göstərərək demişdir ki, məhz bu məqalədən sonra İsa Nəcəfovla birlikdə bu kitabı yazmağa başlamışlar.

Elmira xanım demişdir ki, kitab 10 xarici dilə tərcümə edilmişdir. Bu kitabın Taras Şevçenkonun dilində nəşr olunması da dərin rəmzi məna daşıyır. O, kitabı Ukrayna dilinə gözəl tərcümə etdiyinə görə Kiyevdə yaşayan həmvətənimiz Mehman Salmanova təşəkkürünü bildirmişdir.

Tədbirin bütün iştirakçılarına kitabın Elmira Axundovanın xatirə sözləri yazılmış nüsxələri təqdim edilmişdir.

Tədbir təntənəli qəbulla başa çatmışdır.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Yerli turizm sənayesi nümayəndələri Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfəri ediblər

Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ

Qayıdan xatirələr... VİDEO

Qayıdan xatirələr... VİDEO

İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ

ABŞ Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimlərə hazırlaşır

Özbəkistan tək səyahət etmək üçün ən yaxşı 5 ölkə sırasına daxil olub

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub

Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb

Fransada yarım ildə 33 mindən çox sahibkar fəaliyyətini itirib

Çin xaricdə qanun pozuntusuna yol vermiş vətəndaşların ölkədən çıxış qaydalarını sərtləşdirəcək

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

“Sabah”ın polşalı futbolçusu: Mikelsin qolundan sonra dəli kimi ağlamağa başladım

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik

Laçın bu gün Azərbaycanın yeni inkişaf salnaməsinin parlaq səhifələrindən birinə çevrilib ŞƏRH