Ukrayna hərbçiləri Donetsk vilayətinin Urojaynoye kəndindəki mövqelərini tərk ediblər
Kiyev, 19 iyul, AZƏRTAC
Ukrayna hərbçiləri Donetsk vilayətinin Urojaynoye kəndindəki mövqelərini tərk ediblər. Bu cür qərar döyüşçülərin təhlükəsizliyi nöqteyi-nəzərindən qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Xortitsa” əməliyyat-strateji qoşunlar qruplaşmasının spikeri Nazar Voloşin bildirib.
“Düşmən Urojaynoyedə demək olar ki, hər şeyi məhv etdiyi üçün müdafiə qüvvələri başqa mövqelərə çəkilib. Qərar orada müdafiəni qoruyub saxlayan hərbi qulluqçularımızın həyat və sağlamlığının qorunması üçün verilib”, - deyə o qeyd edib.
Nazar Voloşin əlavə edib ki, yaşayış məntəqəsi faktiki olaraq tamamilə məhv edilib.
Xatırladaq ki, Urojaynoye Donetsk vilayətinin Volnovax rayonunun Velikonovoselkovskaya kənd icmasındakı kənddir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]