UKRAYNA HƏRBİ ANBARLARINDA YANĞIN TÖRƏDİLMƏSİNDƏ ŞÜBHƏLİ BİLİNƏN ŞƏXSLƏR HƏBS EDİLMİŞLƏR
AZƏRTAC-ın Kiyevdəki müxbiri UNİAN agentliyinə istinadla xəbər verir ki, Ukraynanın fövqəladə hallar və əhalinin Çernobıl qəzasının nəticələrindən müdafiəsi işləri naziri Qriqori Reva mayın 11-də Ali Radada çıxışında Zaporojye vilayətinin Melitopol rayonundakı hadisələr barədə məlumat vermişdir. O bildirmişdir ki, anbarlarda partlayışlardan əvvəl başlamış inventarlaşdırma mayın 15-də başa çatmalı idi.
Nazir vurğulamışdır ki, fövqəladə hadisənin başvermə səbəbləri haqqında son nəticəni Baş Prokurorluq və xüsusi komissiya çıxarmalıdır.
Q.Reva demişdir ki, yanğının törədilməsində şübhəli bilinən şəxslər həbs edilmişlər.