UKRAYNA HÖKUMƏTİ DÖVLƏT QULLUQÇULARINA DÖVLƏT DİLİNİ ÖYRƏNMƏYİ TAPŞIRMIŞDIR
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, dövlət qulluqçularının hər il keçirilən attestasiyası zamanı komissiya onların dövlət dilini bilib-bilmədiklərini mütləq yoxlayacaqdır. Baş nazirin müavini Vyaçeslav Kirilenko bildirmişdir ki, Ukrayna Nazirlər Kabineti iyulun 26-da bununla bağlı müvafiq qərar qəbul etmişdir. O demişdir: “İndi bütün dövlət qulluqçuları və yerli özünüidarə orqanlarının işçiləri Ukrayna dilini bilmək sarıdan mütləq attestasiyadan keçməlidirlər”.
Kirilenko növbəti hökumətin bu qərarı dəyişdirməsinin mümkünlüyünü istisna etmişdir. O bildirmişdir: “Təftiş olmayacaqdır, çünki bu qərar Ukrayna Konstitusiyası və qanunlarını icra etmək məqsədi ilə qəbul edilmişdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]